Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Vəkillər Kollegiyasının sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyətini səfirlikdə qəbul edib.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi tviterdə məlumat yayıb.
Bildirilib ki, nümayəndə heyətinin Türkiyənin müvafiq dövlət qurumları ilə keçirdiyi səmərəli görüşlərə dair fikir mübadiləsi aparılıb.





