İqtisadiyyat Manşet

ÜGT-nin baş katibi: “DGK rəqəmsallaşma sahəsində səylərini daha da artırmalıdır”

Bu gün Dövlət Gömrük Komitəsi (DGK) rəqəmsallaşma baxımından Azərbaycanın dövlət qurumları arasında ən yüksək səviyyədədir, amma qurum rəqəmsallaşma sahəsində səylərini daha da artırmalıdır.

“Zirvə yolu” xəbər verir ki, bunu Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş katibi Kunio Mikuriya Bakıda keçirilən Transxəzər Beynəlxalq nəqliyyat Şərq-Qərb Dəhlizi boyu “bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi (Data pipeline) üzrə çoxtərəfli görüşdə çıxışı zamanı deyib.

“Hesab edirəm ki, Komitə rəqəmsallaşmanı yaratmaqla yanaşı onun tətbiqini də genişləndirməli və digər dövlət qurumları ilə sıx əməkdaşlığı davam etdirməlidir”, – deyə o qeyd edib.

Baş katib əlavə edib ki, bir sıra beynəlxalq maliyyə institutları gömrük prosedurlarının sadələşdiriləcəyi təqdirdə regiondakı nəqliyyat-tranzit layihələrinə investisiya yatırmaq fikrindədir.

DGK-nın sədri Şahin Bağırov isə bildirib ki, ÜGT-nin tövsiyələri rəhbərlik etdiyi qurum üçün əhəmiyyətlidir və onlara diqqət yetirəcək.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir