Manşet Siyasət

FHN-in Türkiyədəki ikinci mobil səhra hospitalı ölkəmizə gətirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) ikinci mobil səhra hospitalı zəlzələ bölgəsində yerli tibbi infrastrukturun bərpası nəzərə alınaraq, bu gün Bakıya gətirilib.

“Zirvə yolu” xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən Kahramanmaraş rayonunda qurulmuş, zəruri tibbi ləvazimatlar, dərman və preparatlarla təchiz olunmuş 2 ədəd mobil səhra hospitalında ümumilikdə, 684-ü uşaq olmaqla, 3 123 nəfər zərərçəkmişə yüksək səviyyəli tibbi xidmət göstərilib.

Xatırladaq ki, FHN-in təyyarə ilə yola saldığı ikinci mobil səhra hospitalı fevralın 11-də Türkiyəyə çatmışdı.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir