Siyasət

Bakıda 23 yaşlı xanım motosikletçi qəza törədib

Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Zirvə yolu”nun məlumatına görə, 2000-ci il təvəllüdlü Pirmalıyeva Sevinc Ceyhun qızı idarə etdiyi motosikletlə hərəkətdə olarkən idarəetməni itirərək dəmir maneəyə çırpılıb.

Hadisə zamanı xəsarət alan sürücü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir