İdman

KİV: “Qarabağ” – “Qalatasaray” oyununda transfer danışığı baş tutub

Bakıda “Qarabağ” və Türkiyənin “Qalatasaray” komandası arasında keçirilmiş xeyriyyə oyunundan sonra transfer danışığı baş tutub.

“Zirvə yolu” xəbər verir ki, bu iddianı türkiyəli jurnalist Burhan Can Terzi irəli sürüb.

O, İstanbul təmsilçisinin Toral Bayramovun durumu haqqında maraqlandığını vurğulayıb: “Qarabağ”ın futbolçusu Toral Bayramov “Qalatasaray”ın gündəmindədir. Klub 22 yaşlı sol cinah müdafiəçisi üçün Azərbaycan təmsilçisinin rəsmiləri ilə danışıb və onun haqqında məlumat toplayıb”.

Qeyd edək ki, qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. 2019-cu ildən “köhlən atlar”ın formasını geyinən Toral Bayramovun klubu ilə 2026-cı ilin yayınadək müqaviləsi var. Ötən ilin yayında da “Qalatasaray”ın gənc oyunçu ilə maraqlandığı iddia olunub. Müdafiəçi hazırda Azərbaycan millisinin düşərgəsində olduğu üçün “sarı-qırmızılılar”la matçda iştirak etməyib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir