Dünya Manşet

Lavrov Nyu-Yorkda Quterreşlə görüşəcək və BMT-nin iki iclasına sədrlik edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 24-25-də Nyu-Yorkda BMT Baş katibi Antoniu Quterreşlə görüşəcək və Təhlükəsizlik Şurasının iki iclasına sədrlik edəcək.

“Zirvə yolu” xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenza jurnalistlərə açıqlamasında deyib.

BMT Təhlükəsizlik Şurasına sədrliyi Mozambikdən alan Rusiyanın BMT-dəki səfiri Vasili Nebenza aprel ayı ərzində TŞ-nin gündəliyi ilə bağlı mətbuat konfransı keçirib.

Səfir bildirib ki, əvvəlki dövrlərdə olduğu kimi Rusiya TŞ-də sədrliyi peşəkar şəkildə həyata keçirməyi planlaşdırır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir