Dünya Manşet

Ukrayna hərbçiləri İran istehsalı 14 “Şahid” məhv ediblər

Ötən gecə Rusiya ordusu İran istehsalı “Şahid-136” və “Şahid-131” zərbə dronlarından istifadə edərək cənubdan Ukraynaya hücum edib.

“Zirvə yolu” xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

“Ümumilikdə, ehtimal ki, Azov dənizinin şərq sahili ərazisindən 17-yə qədər PUA-nın buraxılışı qeydə alınıb”, – məlumatda qeyd olunub.

Ordunun bildirdiyinə görə, müdafiə zamanı İran istehsalı 14 dron məhv edilib.

Xatırladaq ki, daha öncə Odessa rayon administrasiyasının başçısı Yuri Kruk işğalçı qüvvələrin dron vasitəsilə hücum etdiyini bildirmişdi.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir