Xəbər

İnam Kərimovdan sonra KTN TƏFTİŞ OLUNUR… – NƏ BAŞ VERİR?

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyində(AXA) Hesablama Palatasının 7-8 nəfərdən ibarət ən peşəkar təftişçilərinin yoxlama apardığı barədə məlumat vermişdik.

Yoxlamanın fevral ayının 6-dan başladığını aprel ayını da əhatə edəcəyini,təftiş olunan sahələrə dair hər hansı güzəştin edilməyəcəyi ehtimalını vurğulamışdıq.

Hazırda Faktinfo.az saytını məlumatlandıran mənbə bildirir ki,Azərbaycan Respublikası Maliyyə Nazirliyinin yoxlama qrupu KTN-ə tabeli qrum “Aqroservis”ASC-də mart ayının sonundan yoxlamalara başlayıb.Yoxlama qrupunun ilkin olaraq gübrə şöbəsini yoxladığı,hazırda isə mühasibatlıq və digər istiqamətləri təftiş etdikləri qeyd edilir. //Faktinfo.az//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir