Dünya

Rusiya XİN başçısına ABŞ-a getmək üçün viza verilməyib

BMT Təhlükəsizlik Şurasının apreldə Nyu-Yorkda keçiriləcək iclasında iştirak etmək üçün Rusiyanın xarici işlər naziri Sergey Lavrova və bu ölkənin nümayəndə heyətinə ABŞ-a getmək üçün viza verilməyib.

“Zirvə yolu” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov aprelin 12-də jurnalistlərə açıqlamasında bildirib.

“Hələ ki heç birimizə viza verməyiblər”, – deyə o, jurnalistin sualına cavab olaraq qeyd edib.

Bir müddət əvvəl Rusiyanın BMT-dəki nümayəndəsi Vasili Nebenzya bildirmişdi ki, apreldə ölkəsi Təhlükəsizlik Şurasına sədrlik edəcək: “Sergey Lavrov BMT-nin mənzil-qərargahını ziyarət edib, Şuranın aprelin 24-25-də keçiriləcək iclasına qatılacaq”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir