Kanada dövləti Azərbaycanın işğaldan azad olunmuş ərazilərində minatəmizləmə sahəsinə öz töhfəsini verəcək.
“Zirvə yolu” xəbər verir ki, Kanada dövləti tərəfindən Qarabağda minatəmizləmə işləri üçün 400 000 dollar vəsait ayrılıb.
Vəsaitin ayrılması barədə qərar Kanada Azərbaycanlıları Şəbəkəsinin (Network of Azerbaijani Canadians) təşəbbüsü ilə verilib.





