İdman

Konfrans Liqası: “Fiorentina”dan darmadağın, “Bazel” evdə heç-heçə edib

UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.

“Zirvə yolu”nun məlumatına görə, açılış matçında turnirin pley-offunda “Qarabağ”ı mübarizədən kənarlaşdıran Belçika “Gent”i İngiltərənin “Vest Hem” klubunu sınağa çəkib. Görüşdə qalib müəyyənləşməyib.

İtaliya “Fiorentina”sı Polşada “Lex”i, “Anderlext” Belçikada Niderlandın “AZ Alkmaar” komandasını məğlub edib. İsveçrə “Bazel”i isə evdə Fransanın “Nitsa” kollektivi ilə sülh bağlayıb.

UEFA Konfrans Liqası

1/4 final

13 aprel

20:45. “Gent” (Belçika) – “Vest Hem” (İngiltərə) – 1:1

Qollar: Uqo Küypers, 57 – Denni İnqz, 45+3

23:00. “Lex” (Polşa) – “Fiorentina” (İtaliya) – 1:4

Qollar: Kristoffer Velde, 20 – Artur Kabral, 4. Nikolas Qonsales, 41. Cakomo Bonaventura, 58. Conatan İkone, 64

23:00. “Anderlext” (Belçika) – “AZ Alkmaar” (Niderland) – 2:0

Qollar: Mikael Murilyo, 22. Macid Aşimeru, 70

23:00. “Bazel” (İsveçrə) – “Nitsa” (Fransa) – 2:2

Qollar: Zeki Amduni, 26 (penalti); 71 – Terem Moffi, 38; 45+1

Qeyd edək ki, bu raundun cavab görüşləri aprelin 20-də keçiriləcək.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir