İdman

Azərbaycan yığmasının baş məşqçisi: “Məqsədlərimizə çatmaq üçün hər cür şərait yaradılır”

Komandaya hədəflərə çatmaq üçün bütün lazımi şərait yaradılır.

“Zirvə yolu” xəbər verir ki, bu barədə yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi Aleksandr Tarakanov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatından vətənə qayıtdıqdan sonra deyib.

O, komandanın xaricdə, o cümlədən Xorvatiya və Gürcüstanda təlim-məşq toplanışı keçdiyini vurğulayıb:

“Məqsədlərdən biri də aralıq Avropa çempionatıdır. Bunun üçün səfərdə təlim-məşq toplanışı keçirdik. Yəni hazırda qarşımıza qoyulan bütün vəzifələri komanda ilə birlikdə yerinə yetirməyə çalışdıq”, – A. Tarakanov bildirib.

Baş məşqçi onu da vurğulayıb ki, millimizin üzvləri növbəti qələbələrə hazırdır.

“Ən əsası odur ki, uşaqlar yüksək nəticə əldə etmək məqsədi daşıyırlar”, – o əlavə edib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir