Xəbər

Qəbələdə 10 yaşlı uşağı avtomobil vuraraq ağır xəsarət yetirib

Qəbələ rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Zirvə yolu”nun məlumatına görə, avtomobil yolu keçən 2013-cü il təvəllüdlü Kərimova Əminə Arzu qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir