Manşet Siyasət

Denis Sammut: “Azərbaycan çox çətin bir zamanda Qoşulmama Hərəkatına sədrlik edir”

“Azərbaycan Qoşulmama Hərəkatına (QH) sədrlik dövrü dünyada mürəkkəb siyasi proseslərin baş verdiyi çox təlatümlü bir zamana sədrlik edir”.

“Zirvə yolu” xəbər verir ki, bunu LINKS EUROPE şirkətinin direktoru Denis Sammut Bakıda keçirilən “Bandunqdan Bakıya qədər: Qoşulmama Hərəkatı mürəkkəb və dəyişkən qlobal kontekstdə” mövzusunda keçirilən simpoziumda çıxışı zamanı deyib.

Sammutun sözlərinə görə, Azərbaycana sədrlik koronavirus pandemiyasının başladığı vaxtda keçib. O bildirib ki, Azərbaycan QH üzvlərini pandemiyaya qarşı mübarizədə birləşdirə bildi.

“Geosiyasətdə bu cür təlatümlü bir zamanda Azərbaycanın liderliyi çox önəmlidir”, – o bildirib və bu ilin oktyabrında Haaqada oxşar tədbirin keçiriləcəyini əlavə edib.

“Qoşulmama Hərəkatın Bandunq prinsipləri əsasında yaradılması çətin dövrə təsadüf etmişdi: “Soyuq müharibə” öz sözünü deyirdi. Helsinki Sazişinin yekun aktı Avropada xüsusi rol oynadı: o, sülh və sabitlik konsepsiyalarının bərqərar olmasına təkan verdi. Həmin vaxt Qoşulmama Hərəkatının bir hissəsi olan Yuqoslaviya, Kipr və Malta Helsinki Sazişinin qəbul edilməsində müsbət rol oynadılar”, – spiker bildirib.

Ukraynanın Avropa üçün həyəcan siqnalına çevrildiyini bildirən Denis Sammut sülh və təhlükəsizlik məsələlərinin həmişə prioritet olmalı olduğunu qeyd edib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir