İdman

“Arsenal” qapıçısı ilə müqaviləni yeniləyib

Londonun “Arsenal” klubu qapıçısı Aaron Ramsdeyllə yeni müqavilə imzalayıb.

“Zirvə yolu” xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb. 25 yaşlı qapıçı ilə müqavilənin müddəti 2027-ci ilə qədər uzadılıb.

Yeni müqaviləyə əsasən, ingilis qapıçı əvvəlkindən iki dəfə çox – həftəyə 120 min funt sterlinq alacaq.

Qeyd edək ki, Ramsdeyl cari mövsüm “Arsenal”ın heyətində 36 oyuna çıxıb, 15 matçda qapısını toxunulmaz saxlayıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir