Xəbər

“İdeal” mağazalarının keçmiş sahibinin şikayəti ilə bağlı QƏRAR VERİLDİ

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov barəsindəki qərardan verilmiş kassasiya şikayətinə baxılıb.

Zirveyolu.info  APA-ya istinadla xəbər verir ki, Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Xatırladaq ki, İlqar İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə ittiham olunub.

O, Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə)və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirli bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir