Baş nazir: “Azərbaycanla Qazaxıstan arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır”
Azərbaycanla Qazaxıstan arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır.
“Zirvə yolu” xəbər verir ki, bunu Qazaxıstanın Baş naziri Alixan Smailov iyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olan zaman deyib.
Bütün sahələrdə əməkdaşlığımızın uğurla inkişafından məmnunluğunu ifadə edən Alixan Smailov qarşılıqlı fəaliyyətimizin strateji tərəfdaşlığa əsaslanan münasibətlərimizin göstəricisi olduğunu vurğulayıb.
Qazaxıstanın Baş naziri əməkdaşlığın müxtəlif sahələrdə möhkəmlənməsi işinə Azərbaycan Prezidentinin verdiyi dəstəyə görə minnətdarlığını bildirib.




