Türkiyədə Sivas-Kayseri yolunun Taşlıdərə ərazisində ağır yol-nəqliyyat hadisəsi olub.
“Zirvə yolu” xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
Bildirilib ki, olayda avtomobillərdə olan 9 nəfər yaralanıb.
Hadisə yerinə polis, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.




