Rəsmi İrəvan Rusiya-Ermənistan Dostluq və Əməkdaşlıq Cəmiyyətinin rəhbəri Viktor Krivopuskovu ölkəyə buraxmayıb.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Rusiya Erməniləri İttifaqının telegram kanalında məlumat yayılıb.
O, avqustun 24-də səhər saatlarında “Aeroflot”a məxsus təyyarə ilə Moskvadan İrəvana uçub. Lakin “Zvartnots” hava limanında V.Krivopuskovun sərhədi keçməsinə icazə verilməyib.
“Məni ölkəyə buraxmadılar. Ermənistan üçün arzuolunmaz şəxs elan edib pasportumu əlimdən aldılar. Rəsmi kağız da göstərmədilər. Dedilər, bu gün Moskvaya qayıtmalısan”, – deyə Viktor Krivopuskov bildirib.
Qeyd edək ki, o, 2009-2013-cü illərdə “Rossotrudniçestvo”nun Ermənistandakı nümayəndəliyinin rəhbəri, Rusiya Federasiyasının Ermənistandakı səfirliyinin müşaviri olub.





