Cəmiyyət Manşet

“Zirvə Yolu” qəzetinə yeni baş redaktor təyin olunub

“Zirvə yolu” xəbər verir ki,  23 avqust 2023-cü il “ZİRVƏ YOLU” qəzetinə baş redaktor təyin olunub.

Yeni təyin olunan baş redaktor, 44 yaşlı, ömrünün yarısını elmə, həmçinin əldə etdiyi elmlə də dövlətə və dövlətçiliyə həsr edən, ziyalı ailədə dünya göz açan Arif Rüzgar oğlu Baratzadədir. Fürsətdən istifadə edərək, biz də həmkarımız Arif müəllimi baş redaktor vəzifəsinə təyin olunması münasibəti ilə təbrik edir, ona peşə fəaliyyətində uğurlar arzulayırıq.

Qeyd edək ki, Baratzadə Arif Rüzgar oğlu, 13 iyul 1979-cu ildə Gəncə şəhərində anadan olub.

1996-cı ildə orta məktəbi bitirib və həmin ildə “Azərbaycan Aqrar Universitetinin Biznesin Təşkili və İdarəetmə fakultəsi” nə daxil olub. 2000-ci ildə universiteti bitirdikdən sonra həmin ildə də magistraturaya daxil olub, 2002-ci ildə də magistr təhsilinə də yiyələnib.

2004-cü ildən 2006-cı ilə qədər zabit olaraq vətənin keşiyində dayanıb.

2006-cı ildən 2010-cu ilə qədər Əmlak Məsələləri üzrə Dövlət Komitəsində məsləhətçi vəzifəsində işləyib, 2010-cu ildən 2011-ci ilə qədər həmin idarədə baş məsləhətçi, 2011-ci ildən 2015-ci ilə qədər, ƏMDK-də 6 saylı Ərazi Şöbə rəisinin müavini vəzifəsində işləyib. O, 2018-ci ildən Media sahəsinə qədəm qoyaraq, qəzetdə müxbir vəzifəsində işləyib və 23 avqust 2023-cü il tarixdə “ZİRVƏ YOLU” qəzetinin baş redaktoru vəzifəsinə təyin olunub.

Onu da təkrar olaraq qeyd edək ki, O, özü ziyalı ailədə doğulub, atası professor, elmlər doktoru olub.

Biz də bir daha Arif müəllimi “ZİRVƏ YOLU” qəzetinin redaksiya heyəti və eləcə də həmkar olaraq, təbrik edirik, ona can sağlığı və peşə fəaliyyətində uğurlar arzulayırıq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir