Hərb Manşet

MN: Rusiya sülhməramlı kontingentinə məxsus kolonun atəşə tutulması barədə yayılan məlumatlar yalandır

Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən erməniəsilli sakinləri təxliyə edən Rusiya sülhməramlı kontingentinə məxsus kolonun atəşə tutulması barədə yayılan məlumatlar tamamilə yalandır və dezinformasiya xarakteri daşıyır.

“Zirvə yolu” xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

“Belə əsassız iddiaları qəti surətdə təkzib edirik”, – məlumatda deyilir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir