İdman

Azərbaycan yelkənçiləri beynəlxalq turnirdə üçüncü yeri tutublar

Azərbaycan yelkənçiləri Türkiyədə keçirilmiş “XI Erk Çelik Halat Bodrum” beynəlxalq yarışında uğurlu çıxış ediblər.

“Zirvə yolu” Azərbaycan Yelkən Federasiyasından verilən məlumata görə xəbər verir ki, turnirə optimist sinifi üzrə qatılan idmançılardan Davud Babazadə və Nərgiz Məmmədova 7 ölkə arasında üçüncü yeri tutublar.

Qeyd edək ki, yarışda məşqçi Yasin Çakırın rəhbərliyi altında milli üzvlərindən Nəzrin Məmmədova, Emel Məmmədli, Nərgiz Məmmədova, Kamal Bəşirli, Davud Babazadə və Furkan Mustafayev mübarizə aparıblar.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir