Manşet Siyasət

Azərbaycan bütün dünyaya göstərdi ki, işğal altında olan torpaqlarını öz gücü ilə, öz qüdrəti ilə azad etməyə qadirdir

Azərbaycan bütün dünyaya göstərdi ki, işğal altında olan torpaqlarını öz gücü ilə, öz qüdrəti ilə azad etməyə qadirdir

Azərbaycan Ordusu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir.

Noyabrın 8-də 28 illik həsrətdən sonra Şuşanın alınması Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları çökdü, ölkə və dünya ictimaiyyətini aldatmaq taktikası mənasını itirdi.  Azərbaycanın mədəniyyət incisi – Şuşa şəhəri azad ediləndən cəmi bir neçə saat sonra döyüşçülərimiz 72 yaşayış məntəqəsini və 9 strateji yüksəkliyi öz nəzarəti altına almağa nail oldu. Bu, şübhəsiz, Ermənistanın rəhbərliyini çıxılmaz vəziyyətə saldı. Azərbaycan Ordusu şəhidlərimizin axıdılmış qanına görə qisas aldı. Azərbaycan xalqı 30 ildir işğal altındakı torpaqlarını xilas etmək arzusunda idi. Beləliklə Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Onu da xüsusi qeyd edək ki, Azərbaycanın mədəniyyət incisi olan Şuşa şəhərinin işğaldan azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur.

İndi Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, yetirməsə də məğlubdur. Azərbaycan Ordusu öz nəcib xilaskar missiyasını, Vətənimizi qorumaq, torpaqlarımızı işğaldan azad etmək vəzifəsini şərəflə yerinə yetirdi.

Və bu qələbə ilə cənab Prezident, Ali Baş Komandan İlham Əliyev nəyi necə və nə zaman etməyi yaxşı bildiyini bir daha nümayiş etdirdi. Azərbaycan bütün dünyaya göstərdi və sübut etdi ki, o, özünün işğal altında olan torpaqlarını müstəqil şəkildə, öz gücü ilə, öz qüdrəti ilə azad etməyə qadirdir.

Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin imzaladığı sərəncama əsasən 2020-ci ildən etibarən 8 noyabr –  Zəfər günü kimi qeyd olunur.

Və bu gün o gündür. Hər kəsin bir olub, bir yerdə kədərlənib, bir yerdə sevindiyi həmin o gün. Bu gün 30 illik həsrətimizin qalibiyyət günüdür. Bu gün Azərbaycanımızın bütöv olma günüdür.

8 noyabr Zəfər günümüzdür! 

Zəfərin mübarək Azərbaycan! 

Bu qürur və sevinc hissini bizə yaşadan bütün Şəhidlərimizə, Qazilərimizə, Zabit və Əsgərlərimizə minnətdarıq!

Vüsalə Məmmədova: Bölgə müxbiri 

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir