Cəmiyyət

GÖYÇAYDA NAR FESTİVALI

“Zirvə yolu” xəbər verir ki, Pandemiya səbəbindən dörd il ertələnən nar festivalı yenidən təşkil olunub. Noyabr ayının 11-də Göyçay şəhər stadionunda təşkil olunan bayram tədbirində dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, ölkəmizdə akkreditə olunan diplomatik korpus təmsilçiləri, diaspor nümayəndələri, yerli və xarici iş adamları iştirakı edib.

Festivalda sənətkarların hazırladıqları nümunələr, nardan hazırlanan müxtəlif təamlar nümayiş olunub, idmançılar öz bacarıqlarını göstəriblər. Təşkil olunan sərgi-yarmakanın zənginliyi ilə diqqət çəkən tədbir incəsənət ustalarının musiqi nömrələri ilə müşayiət olunmuşdur. Tədbir respublikamızın müxtəlif yerlərindən gələn minlərlə yerli və xaricilər tərəfindən coşqu ilə qarşılanmışdır.

Qeyd edək ki, “Nar bayramı” ilk dəfə Azərbaycan Mədəniyyət Nazirliyi və Göyçay rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə 3 noyabr 2006-cı ildə keçirilmişdir.

“Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” 2020-ci ilin dekabrın 16-da UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 15-ci iclası zamanı UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.

Nar festivalı sonuncu dəfə 2019-cu il noyabr ayının 9-da keçirilmişdi.

Aqşin Əsgərov: Bölgə müxbiri 

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir