İdman

Gəncə Dövlət Filarmoniyasına direktor təyin edilib

“Zirvə yolu” xəbər verir ki, Gəncə Dövlət Filarmoniyasına direktor təyin edilib.

Əməkdar artist, opera müğənnisi, dirijor Ramil Qasımov Mədəniyyət nazirinin müvafiq əmri ilə F. Əmirov adına Gəncə Dövlət Filarmoniyasına direktor təyin edilib. Gəncə ŞİH-dən verilən məlumatda bildirilir ki, bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov onunla görüşüb. Niyazi Bayramov ölkə rəhbərinin Gəncə şəhərinin bütün sahələrinə olduğu kimi, mədəniyyət sahəsinə olan diqqət və qayğısından bəhs edib və Ramil Qasımovu yeni təyinatı münasibətilə təbrik edərək, bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.

Əməkdar artist öz növbəsində Niyazi Bayramova səmimi görüş üçün təşəkkürünü bildirib və Gəncənin mədəni mühitinin inkişafında öz töhvəsini əsirgəməyəcəyini bildirib.

Qeyd edək ki, Ramil Qasımov 2015-ci ildən Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının direktoru olub. 2020–2022-ci illərdə isə Heydər Əliyev Sarayının direktoru vəzifəsində çalışıb.

Aqşin Əsgərov: Bölgə müxbiri

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir