İqtisadiyyat

Dünya Bankı Azərbaycana qeyri-gəlirli suyun həcmini azaltmağa kömək edəcək

Dünya Bankı Çevik Texniki Yardım Proqramı (AZTAF)çərçivəsində Azərbaycana qeyri-gəlirli suyun həcmini 40 %-ə qədər azaltmağa kömək edəcək.

“Zirvə yolu” xəbər verir ki, bunu Dünya Bankının Su və Sanitariya Xidmətləri üzrə Baş mütəxəssisi Smita Misra çərçivəsində media nümayəndələri ilə görüşdə bildirib.

” Azərbaycanda çayların 70 %-nin mənbəyi xarici ölkələrdədir və bu, ölkədə içməli su ilə bağlı ciddi çağırışdır. Real itkilərin İnfrastruktur Axıntı İndeksinin 16,4-dən 8-ə, kommersiya itkilərinin 5 %-dən 0,7 %-ə endirilməsi planlaşdırılır. Bu, 5 il ərzində təxminən 163 milyon ABŞ dolları və yaxud ildə 33 milyon ABŞ dolları büdcə tələb edir. Buna dövlət-özəl maliyyələşdirməsi daxil olmaqla qarışıq maliyyə mənbələri vasitəsilə nail olmaq mümkündür”, – deyə o qeyd edib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir