Nazirlik: “Azərbaycan Ordusunun mühəndis bölmələri 36 000 hektaradək ərazini minalardan təmizləyib”
Müdafiə Nazirliyi işğaldan azad edilən ərazilərdə Azərbaycan Ordusunun mühəndis bölmələri tərəfindən görülən tədbirləri açıqlayıb.
“Zirvə yolu” bu barədə Nazirlikdən verilən məlumata görə xəbər verir ki, mühəndis-istehkam bölmələri ümumilikdə 36 000 ha-dək ərazini mina və partlamamış hərbi sursatdan təmizləyib.
Onlardan 10 400-ü piyada əleyhinə mina, 3 300-ü tank əleyhinə mina, 11 850 partlamamış döyüş sursatı olub.





