Manşet Siyasət

Sabah Xocalı soyqırımının 32-ci ildönümü Tallində anılacaq

Estoniyanın paytaxtı Tallin şəhərində fevralın 21-də Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı anım mərasimi keçiriləcək.

“Zirvə yolu” xəbər verir ki, bu barədə “Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Niyazi Hacıyev məlumat verib.

Onun sözlərinə görə, tədbir Azərbaycanın Estoniyadakı səfirliyini təşkilatçılığı ilə Vabamu/Azadlıq muzeyində baş tutacaq.

Anım günündə Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əhmədova və işçi qrupunun üzvlərinin iştirakı gözlənilir. Həmçinin Estoniya parlamentinin üzvləri və yerli KİV-in iştirakı nəzərdə tutulub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir