Azərbaycan Premyer Liqasında bu gün XXIII turdan təxirə salınan oyun keçiriləcək.
“Zirvə yolu”nun məlumatına görə, turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Qəbələ” lider “Qarabağ”ı qəbul edəcək.
Qəbələ şəhər stadionunda baş tutacaq matç “qırmızı-qaralar”ın yeni baş məşqçisi Kaxaber Sxadadzenin komandanın “sükanı arxasında” debüt oyunu olacaq. Baş hakim Tural Qurbanov saat 19:00-da oyunun start fitini səsləndirəcək.
Azərbaycan Premyer Liqası
XXIII turdan təxirə salınan oyun
28 fevral
19:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ şəhər stadionu