Səhiyyə

Nəzifə Mürsəlova: “Ötən il Azərbaycanda bakterizm zəhərlənmələri hadisələri baş verməyib”

Ötən il Azərbaycanda 38 qida zəhərlənməsi halları qeydə alınıb. “Zirvə yolu” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarəti Şöbəsinin müdiri Nəzifə Mürsəlova Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında – “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirilən ictimai dinləmələrdə bildirib.Onun sözlərinə görə, bu hadisələrin 19-u uşaqlarda müşahidə edilib.“Sevindirici haldır ki, ötən il ölkədə bakterizm zəhərlənmələri hadisələri baş verməyib, baxmayaraq ki, 2022-ci ildə 6 bakterizm zəhərlənməsi hadisəsi qeydə alınıb. Bu da, insanlar arasında aparılan maarifləndirmə tədbirlərinin nəticəsidir. İnsanlar artıq harda və hansı qidanı qəbul etdiyini bilir”, – N. Mürsəlova qeyd edib.

Paylaş: