Cəmiyyət

Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Zirvə yolu”nun məlumatına görə, metronun “Elmlər Akademiyası” stansiyasının yanında avtomobil yolu keçən 2008-ci il təvəllüdlü Cahangirova R.-ni vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: