Cəmiyyət

Betonqarışdıran maşın dərəyə aşdı, sürücü öldü – Foto

Ağdərədə betonqarışdıran maşının dərəyə aşması nəticəsində sürücü ölüb. 

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Çıldıran kəndində qeydə alınıb. 

Belə ki, 1968-ci il təvəllüdlü Bərdə sakini Hafiz Qocamanov idarə etdiyi “Howo” markalı betonqarışdıran avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə maşın dərəyə yuvarlanıb, sürücü H.Qocamanov hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma aparılır.

Paylaş: