Cəmiyyət

Salyanda qadın sürücü baba və nəvəni vurdu

Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Zirveyolu.info” nun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Şəhər sakini Ş.Əliyeva avtomobilə idarəetməni itirib və yolu keçən piyada İ.Həsənov və onun azyaşlı nəvəsini vurub.

Hər iki piyada xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: