
Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin uzadılması haqqında qanunları imzalayıb.
“Zirveyolu.info” xəbər verir ki, müvafiq məlumat Ukrayna parlamentinin teleqram kanalında dərc olunub.
“Volodimir Zelenski 2025-ci il noyabrın 5-dən hərbi vəziyyətin və ümumi səfərbərliyin 90 gün uzadılmasını nəzərdə tutan qanunları imzalayıb”, – məlumatda deyilir.




