Dünya

Türkiyədə hoteldə baş verən yanğınla bağlı 11 nəfərə ömürlük həbs cəzası verildi

Türkiyənin Bolu vilayətində, “Kartalkaya” xizək kurortunda yerləşən “Grand Kartal” hotelindəki yanğınla bağlı 32 müttəhimdən 11-nə ömürlük həbs cəzası verilib.

“Zirveyolu.info” Türkiyə mətbuatına istinadən xəbər verir ki, cəza verilənlər arasında faciənin baş verdiyi hotelin sahibi də var.

Xatırladaq ki, yanvarın 21-də baş verən yanğında çoxu uşaq olmaqla 78 nəfər ölüb, 130-dan çox insan yaralanıb. Yanğın zamanı hoteldə 238 qonaq olub.

Paylaş: