Dünya

NATO-dan Rusiyaya qarşı müdafiə planı – 4400 səhifəlik

NATO hərbçiləri və rəsmiləri arasında Rusiya ilə müharibənin qaçılmaz olduğuna dair əminlik getdikcə artır. 

“Zirveyolu.info” xəbər verir ki, bu barədə “Welt” nəşri yazıb.

Bildirilib ki, Rusiya ilə qarşıdurma ehtimalı NATO daxilində ciddi narahatlığa səbəb olub.

Ekspertlər hesab edirlər ki, Ukraynada müharibə başa çatdıqdan sonra Rusiyanın hücum təhlükəsi əhəmiyyətli dərəcədə artacaq. 

“Heç kim Ukraynada müharibənin nə qədər davam edəcəyini bilmir. Lakin NATO ərazisinə, xüsusilə Baltik ölkələrinə hücum təhlükəsi Ukraynada müharibə bitdikdən sonra ən yüksək səviyyəyə çatacaq. Biz artıq “sıfır fazası”ndayıq” – NATO-nun keçmiş yüksəkrütbəli generalı nəşrə bildirib.

NATO hərbçiləri və rəsmiləri arasında Rusiya ilə müharibənin qaçılmaz olduğuna dair əminlik getdikcə artır. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Welt” nəşri yazıb.

Paylaş: