Dünya

2030-cu ilə qədər Aİ-yə üzv olacaq ölkələr açıqlandı

“2030-cu ilə qədər Albaniya, Moldova, Ukrayna və Monteneqro da daxil olmaqla, yeni ölkələr Avropa İttifaqına (Aİ) qoşula bilərlər”.

“Zirveyolu.info” TASS-a istinadən xəbər verir ki, bunu Brüsseldə keçirilən mətbuat konfransında Aİ-nin diplomatik xidmətinin rəhbəri Kaya Kallas deyib.

“Biz 2030-cu ilə qədər Aİ-yə üzvlüyü yeni ölkələr üçün real məqsəd hesab edirik”, – deyə o bəyan edib.

Kallasın sözlərinə görə, Aİ-yə üzvlük həm də Ukrayna üçün mühüm təhlükəsizlik zəmanətinə çevrilməlidir.

Paylaş: