Xəbər

Bu il Avropa İttifaqı ölkələrindən Azərbaycana 90 mindən çox turist gəlib

Bu ilin yanvar-sentyabr aylarında Avropa İttifaqına (Aİ) üzv ölkələrdən Azərbaycana 90 mindən çox əcnəbi səfər edib.

“Zirveyolu.info” rəsmi statistikaya istinadən xəbər verir ki, bu göstərici ölkəyə gələn ümumi əcnəbilərin təxminən 5 faizini təşkil edir.

Hesabat dövründə Aİ ölkələri arasında Azərbaycana ən çox səfər edənlər Almaniya, Polşa, İtaliya, İspaniya və Fransa vətəndaşları olub.

Belə ki, Almaniyadan 18 351 nəfər, Polşadan 8 266 nəfər, İtaliyadan 11 223 nəfər, İspaniyadan 5 849 nəfər, Fransadan 5 225 nəfər Azərbaycana gəlib.

Həmçinin Niderlanddan 4 857, Macarıstandan 3 508, Avstriyadan 2 393, Bolqarıstandan 2 003, Rumıniyadan 2 841, Litvadan 2 174, Latviyadan 1 861 nəfər ölkəmizi ziyarət edib.

Paylaş: