
ABŞ Prezidenti Donald Tramp Ağ Ev yaxınlığında Milli Qvardiyanın əməkdaşlarına atəş açılmasını “pislik, nifrət və terror aktı” adlandırıb. O, atəş açanın ən qısa müddətdə ədalətə təslim ediləcəyini vəd edib.
“Zirveyolu.info”xəbər verir ki, ABŞ liderinin videomüraciəti onun “X” sosial şəbəkəsindəki hesabında yerləşdirilib.
Tramp bildirib ki, atəş açmaqda şübhəli bilinən şəxs ABŞ-yə 2021-ci ildə sələfi Co Baydenin Administrasiyası dövründə “yerdəki cəhənnəm çuxuru” Əfqanıstandan gəlib.
“İndi Baydenin dövründə Əfqanıstandan ölkəmizə gəlmiş hər bir əcnəbini yoxlamalıyıq və istənilən ölkədən olub, burada yeri olmayan və ölkəmizə yaxşı heç nə verməyən hər bir əcnəbini uzaqlaşdırmaq üçün bütün zəruri tədbirləri görməliyik. Əgər onlar ölkəmizi sevə bilmirlərsə, biz də onları istəmirik. ABŞ heç vaxt terror qarşısında əyilməyəcək və güzəştə getməyəcək”, – deyə Tramp bildirib.





