
Sığınacaqda depressiyaya düşən qız fərdi təhsilə cəlb ediləcək.
“Zirveyolu.info” xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə məlumat verib.
“Məlumat üçün bildirirəm ki, iş saatı başlayan kimi mənə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Bəşarət müəllim zəng edərək bildirdi ki, müraciətinizlə bağlı artıq qərar və tapşırıq 314 saylı tam orta məktəbin direktoru Səfa müəllimə verildi. Üç uşaq 1 dekabr 2025-ci il tarixindən müvafiq cədvələ uyğun olaraq fərdi təhsilə gedəcək.
Gedirəm təzə məktəb paltarı almağa”, – paylaşımda bildirilib.




