İki şagirdin nümunəvi davranışı: Aldıqları suyu kameraya göstərib, pulunu masaya qoydular – VİDEO

İki şagirdin nümunəvi davranışı: Aldıqları suyu kameraya göstərib, pulunu masaya qoydular – VİDEO
Amasyanın Gümüşhacıköy rayonunda motosiklet ustasının yanında çalışan iki şagird nümunəvi davranışları ilə sosial mediada gündəm olub.
“Zirveyolu.info” türk mediasına istinadən xəbər verir ki, 16 yaşlarında olan Efecan Şekerci və Dağhan Bulut təhsil aldıqları Mesleki Təhsil Mərkəzinin (MESEM) yerləşdiyi Gümüşhacıköy Müəllimlər Evinə daxil olublar. Resepsionda heç kimi görməyən gənclər dolabdan bir butulka su götürərək, onu təhlükəsizlik kamerasına göstərib 10 TL pul qoyublar.
Hadisəni müəyyən etmək üçün görüntülərə baxan Müəllimlər Evinin rəhbərliyi, şagirdlərin bu dürüst davranışını “Türk gənci ilə qürur duyduq. MESEM tələbələrimizin resepsion boş olduğu vaxt su alaraq pulunu qoymaları bizi çox sevindirdi” qeydi ilə sosial mediada paylaşıb.
Sanayi məhəlləsində işləyən edən və eyni zamanda təhsillərini davam etdirən Efecan Şekerci davranışlarının səbəbini belə izah edib: “Çox susamışdıq. İşçinin olmadığını görüncə suyu kameraya göstərib pulunu qoyduq. Biz halal tikənin nə olduğunu bilirik. Ailəmiz bizi belə öyrədib. Ümid edirik ki, gələcək nəsillər də belə olar”.
Gümüşhacıköy Müəllimlər Evinin müdiri Ali Haydar Kılıç isə görüntüləri qürurla izlədiklərini və şagirdlərə təşəkkür məqsədilə yemək ikramı ediləcəyini bildirib.




