İqtisadiyyat

Yenilənmiş 50 manatlıq tədavülə buraxıldı – Foto

Bu gündən Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun imzasının əks olunduğu yenilənmiş 50 manatlıq kağız pul nişanı tədavülə buraxılıb.

Bu barədə  Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Bildirilib ki, imza pul nişanının ön tərəfindən sol yuxarı küncdə təsvir edilib. Kağız pul nişanının üzərində həmçinin “2025” istehsal ili əks olunub.

Yenilənmiş 50 manatlıq əskinasın digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı kağız pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.

Qeyd edək ki, yenilənmiş 50 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.

Paylaş: