Xəbər

“Yaşayan Əfsanə” yenidən Bakıya gəlir – EKSKLÜZİV

Məşhur döyüş ustalarından biri – əfsanəvi İp Manın tələbəsi, “Yaşayan Əfsanə” tituluna sahib Böyük Usta Samuel Kvoku yenidən Bakıya gələcək.

Bu barədə Azərbaycan Vinq Çun Federasiyasının və Çin Döyüş Növləri Assosiasiyasının prezidenti Arif Sayadov məlumat verib. O, Samuel Kvokunun paytaxtda təxminən 5-6 ölkənin iştirakı ilə təşkil olunacaq beynəlxalq seminara qatılacağını bildirib.

Seminarın may-iyun aylarında keçirilməsi planlaşdırılır.

Paylaş: