Cəmiyyət

Motosiklet mübahisəsi faciə ilə bitdi: Atalarını amansızlıqla qətlə yetirdilər

Kırıkkale şəhərində ailə daxilində bir müddətdir davam edən gərginlik dəhşətli cinayətlə nəticələnib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, məlumata görə, ata Davut Düzenci ilə oğulları arasında yaranan mübahisə onun oğluna məxsus motosikleti sındırması ilə daha da alovlanıb. Nəticədə 19 və 23 yaşlı iki qardaş atalarını bıçaq və balta ilə qətlə yetirib.

Hadisədən sonra saxlanılan qardaşlar polisə təhvil verilib. Onlar polis bölməsində aparılan istintaq tədbirlərindən sonra məhkəməyə göndərilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş: