İdman

Türkiyə millisi dünya çempionatında – 24 ildən sonra

Türkiyə millisi futbol üzrə dünya çempionatına vəsiqə qazanıb.

Qaynarinfo xəbər verir ki, “ay-ulduz”lular bu uğura pley-off mərhələsinin finalında Kosovonu məğlub edərək imza atıb.

Kosovoda keçirilən oyunun taleyini bir qol həll edib. 53-cü dəqiqədə Kərəm Aktürkoğlu fərqlənərək komandasına qələbə qazandırıb.

Sonuncu dəfə DÇ-202-də iştirak edən və üçüncü yeri tutan Türkiyə millisi 24 ol sonra mundiala vəsiqə qazanıb.

Qeyd edək ki, Türkiyə yarışda meydan sahibi ABŞ, Avstraliya və Paraqvayla eyni qrupda mübarizə aparacaq.

Paylaş: