
şəxslərin hüquqları, o cümlədən maliyyə icarəsi obyektinin yüklülüyü barədə icarəçini məlumatlandırmaq;
– icarəçinin razılığı olmadan alqı-satqı müqaviləsində maliyyə icarəsi müqaviləsindən irəli gələn öhdəliklərin icrasına təsir edən dəyişiklik etməmək;
– maliyyə icarəsi obyektini maliyyə icarəsi müqaviləsinin şərtlərinə uyğun olaraq icarəçinin sahibliyinə və istifadəsinə vermək;- maliyyə icarəsi müqaviləsində nəzərdə tutulduğu halda maliyyə icarəsi müqaviləsinin müddəti bitdikdən sonra maliyyə icarəsi obyekti üzərində mülkiyyət hüququnu icarəçiyə ötürmək;
– maliyyə icarəsi ilə əlaqədar bağladığı müqavilələrdən irəli gələn digər öhdəlikləri lazımi qaydada və vaxtında icra etmək.
Maliyyə icarəsi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə icarəsinin obyekti, onun satıcısı və (və ya) alqı-satqı müqaviləsinin şərtləri icarəçi tərəfindən müəyyən edildiyi halda, icarəyə verən satıcı tərəfindən alqı-satqı müqaviləsinin şərtlərinin icrasına görə icarəçi qarşısında məsuliyyət daşımır.
İcarəyə verən sahibliyə və istifadəyə verilmiş maliyyə icarəsi obyektinin maliyyə icarəsi müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya icarəçiyə əvvəlcədən məlum olan, yaxud icarəçinin maliyyə icarəsi obyektini nəzərdən keçirərkən və ya onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır.
İcarəyə verən maliyyə icarəsi müqaviləsi, o cümlədən icarəçi barədə məlumatların “Kommersiya sirri haqqında” Qanuna uyğun olaraq qorunmasını təmin etməlidir.
İcarəçinin hüquqları və vəzifələri də qanunla müəyyənləşəcək.
Layihəyə görə, icarəçi aşağıdakı hüquqlara malikdir:
– maliyyə icarəsi obyektini sifariş etmək və (və ya) onun satıcısını müəyyən etmək;
– maliyyə icarəsi obyektinin satıcısına qanundan və alqı-satqı müqaviləsindən irəli gələn tələbləri irəli sürmək;
– icarəyə verən maliyyə icarəsi müqaviləsinə uyğun olaraq, öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə onun tərəfindən müvafiq çatışmazlıqlar aradan qaldırılanadək maliyyə icarəsi ödənişlərini dayandırmaq;
– icarəyə verən bu Qanunun 8.1.2-ci maddəsində nəzərdə tutulan hüquqlarından əsassız istifadə etdikdə bunun nəticəsində vurulmuş zərərin ödənilməsini icarəyə verəndən tələb etmək;
– maliyyə icarəsi müqaviləsində başqa hal nəzərdə tutulmadıqda, müqavilənin müddəti bitdikdən sonra alış qiymətini ödəməklə əmlakı əldə etmək, icarəyə verənlə qarşılıqlı razılıq əsasında maliyyə icarəsi müqaviləsinin müddətini uzatmaq və ya maliyyə icarəsi obyektini geri qaytarmaq;
– maliyyə icarəsi müqaviləsində nəzərdə tutulduğu halda və ya icarəyə verənlə qarşılıqlı razılıq əsasında maliyyə icarəsi ödənişlərini vaxtından əvvəl icra etmək və maliyyə icarəsi obyekti üzrə mülkiyyət hüququnu əldə etmək.
İcarəçi maliyyə icarəsi müqaviləsində nəzərdə tutulmadan və ya icarəyə verənin yazılı razılığı olmadan:
– maliyyə icarəsi obyektini kirayəyə, o cümlədən icarəyə, sub-maliyyə icarəsinə verə və ya hər hansı formada yüklü edə bilməz;
– müqavilədən irəli gələn hüquqlarını üçüncü şəxslərə güzəşt edə bilməz.
İcarəçinin vəzifələri aşağıdakılardır:
– maliyyə icarəsi ödənişlərini maliyyə icarəsi müqaviləsində nəzərdə tutulan müddətlərdə və qaydada həyata keçirmək;
– maliyyə icarəsi müqaviləsində başqa hal nəzərdə tutulmadıqda, maliyyə icarəsi obyektinin qəbul edilməsi və maliyyə icarəsi obyektinin alqı-satqı müqaviləsindən irəli gələn tələblərin irəli sürülməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək;
– bu Qanunun 11.2-ci maddəsində nəzərdə tutulduğu halda, çatdırılmış və quraşdırılmış maliyyə icarəsi obyektinin çatdırılması (quraşdırılması) barədə təhvil-təslim (quraşdırma) aktlarının bir nüsxəsini icarəyə verənə təqdim etmək;
– maliyyə icarəsi müqaviləsinin qüvvədə olduğu müddət ərzində maliyyə icarəsi obyektinin salamatlığını təmin etmək, onu işlək vəziyyətdə saxlamaq və yalnız maliyyə icarəsi müqaviləsinin şərtlərinə uyğun istifadə etmək;
– maliyyə icarəsi müqaviləsi ilə başqa hal nəzərdə tutulmadıqda, maliyyə icarəsi obyektinin daşınması, qəbulu, quraşdırılması, sökülməsi, istismarı, saxlanması, qorunması, texniki xidmət göstərilməsi, cari və orta təmiri ilə bağlı bütün xərcləri və digər əlaqədar xərcləri çəkmək;
– maliyyə icarəsi obyektinə üçüncü şəxslərin istənilən qəsd halları barədə icarəyə verəni məlumatlandırmaq;
– maliyyə icarəsi müqaviləsində nəzərdə tutulduğu halda (geriyə maliyyə icarəsində bu şərtdən asılı olmayaraq), maliyyə icarəsi müqaviləsinin müddəti bitdikdən sonra maliyyə icarəsi obyekti üzərində mülkiyyət hüququnu əldə etmək, yaxud geriyə maliyyə icarəsi halı istisna olmaqla maliyyə icarəsi obyektini normal aşınma nəzərə alınmaqla, müqavilənin şərtlərinə uyğun vəziyyətdə icarəyə verənə qaytarmaq.
Bu Qanuna uyğun olaraq, icarəçinin məsuliyyət daşıdığı əmlak risklərinin yaranması onu maliyyə icarəsi ödənişlərini ödəmək vəzifəsindən azad etmir.




