Cəmiyyət

“Amal” şoru, pendiri gecələr istehsal olunur? – Məhsullar quru süddən hazırlanır?

Bakı şəhəri, Nobel prospekti 84 ünvanında yerləşən və “Amal” adı ilə fəaliyyət göstərdiyi bildirilən süd məhsulları istehsalçısı barədə bir sıra ciddi iddialar irəli sürülüb.

Xalq-a daxil olan məlumatlarda qeyd olunur ki, şirkətin istehsal etdiyi bəzi məhsulların, xüsusilə də pendirin, etiketlərdə göstərildiyi kimi təbii süddən deyil, quru süddən hazırlandığı iddia edilir. Mənbələrin bildirdiyinə görə, məhsulların tərkibi ilə bağlı istehlakçılara təqdim olunan məlumatlarla istehsalat prosesində istifadə olunan xammal arasında uyğunsuzluqlar mövcud ola bilər.

İddialara əsasən, müəssisənin rəhbəri Firudin adlı şəxsdir. Eyni zamanda qeyd olunur ki, müəssisənin əsas fəaliyyəti daha çox gecə saatlarında həyata keçirilir. Məlumatlara görə bunun istehsal prosesinin şəffaflığı ilə bağlı müəyyən suallar yaratdığını bildirirlər.

Daxil olan məlumatlarda xüsusilə pendir istehsalı sahəsinə diqqət çəkilir. Bildirilir ki, bu istiqamətə Eldar adlı şəxs nəzarət edir. Həmin şəxsin xaricdən quru süd gətirilməsi prosesində iştirak etdiyi də iddialar sırasında yer alır.

Mənbələrin sözlərinə görə, məhsulların üzərində göstərilən standartların istehsalat prosesində tam şəkildə gözlənilmədiyi iddia olunur. Həmçinin qeyd edilir ki, gecə növbələrində təxminən yarım ton pendir istehsal olunur və məhsullar səhər saatlarınadək satış şəbəkələrinə paylanır.

Səsləndirilən iddiaların ciddiliyini nəzərə alaraq, aidiyyəti dövlət qurumlarının məsələni araşdırması, istehsal prosesinin mövcud qanunvericiliyin və qida təhlükəsizliyi standartlarının tələblərinə uyğunluğunu yoxlaması vacib hesab olunur.

Qeyd edək ki, yazıda yer alan məlumatlar r daxil olmuş iddialara əsaslanır. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq və şirkətin məsələ ilə bağlı açıqlamasını təqdim edə bilərik.(Xalq.online)

VİDEO LİNKDƏ: https://xalq.online/amal-soru-pendiri-geceler-istehsal-olunur-mehsullar-quru-sudden-hazirlanir

Paylaş: