Bir neçə gündür ki, sahibkarlara qənim kəsilən və ayrı-ayrı dövlət qurumlarındakı, xüsusən də məhkəmə sistemindəki ortaqları ilə əlbir olaraq iş adamlarının mal-mülklərini ələ keçirən “Biləcəri Təmir-Quraşdırma” QTSC-nin rəhbəri Nazim Tahirovun əməlləri barədə oxucularımızı məlumatlandırıq. Xatırladaq ki, keçən gün Alim Lətifov adlı sahibkar külli miqdarda pulunun Nazim Tahirov tərəfindən mənimsədildiyini idda edərək, hətta pulunu geri tələb etməsin deyə hazırda özünün və ailə üzvlərinin də ölümlə təhdid olunduğunu bildirmişdi.
Bəli, dəyərli oxucular… məhz ÖLÜM təhdidi… Qeyd edək ki, Nazirm Tahirovun “aktivində” ÖLÜM MƏSƏLƏSİ sıradan bir hadisədir və aşağıda təqdim edəcəyimiz fakt da bunu təsdiqləyir… Beləliklə, NAzim Tahirovun ölüm həddinə çatdırdığı daha bir sahibkar…
Redaksiyamız 2017-ci ilin fevral ayında baş verən bir intihar hadisəsinin şok təfərrüatlarının izinə düşüb. Xatırladaq ki, hadisə doqquz il əvvəl baş verib və bu barədə rəsmi yayılan məlumatlarda deyilirdi ki, Bakıda 54 yaşlı kişi özünü zəncirlə asıb. Xəbərə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, 1963-cü il təvəllüdlü Nəsirov Yusif Təvəkkül oğlu özünü yaşadığı evin həyətində zəncirlə asaraq intihar edib. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır.
Lakin əldə etdiyimiz məlumatlar da təsdiqləyir ki, əslində bu faktlar yetərincə araşdırılmayıb. Hər halda təqdim etdiyimiz iddialardan da belə anlaşılırdı. Qeyd olunurdu ki, intihar edən şəxsin (hazırki araşdırmalarımızdan aydın olur ki, Nəsirov Yusif Təvəkkül oğlu kifayət qədər ciddi və uğur qazanan sahibkarlardan olub və o sağlığında 16 saylı İnşaat-İstehsalat Təsərrüfat Trestinə rəhbərlik edərək, hətta dəfələrlə dövlət siafrişlərini də həyata keçirib) kimliyini öyrəndikdə görürük ki, burada şübhəli məqamlar yetərincədir.
Əldə etdiyimiz məlumatlardan aydın olur ki, özünü öldürməyə vadar edilən Nəsirov Yusif Təvəkkül oğlunun başı son günlərdə cəncəldə olub. Məhkəmədə ona qarşı 6 milyon manatdan artıq iddia qaldırılıb. Və əslində intihar səbəbi də budur.
Məlumatlara görə, həmin ərəfədə Nazim Tahirovun rəhbərlik etdiyi qurum Rusiyadan borular ixrac edirmiş və bu ixrac prosesi zamanı Tahirovun Rusiyadakı müəssisələrə külli-miqdarda borcu yaranır. Vəziyyətdən heç cürə çıxmağa müvəffəq ola bilməyən Tahirov bu aman çoxdandır partnyorluq etdiyi Yusif Nəsirova kömək üçün ağız açır. Həm pulla və həm də sonradan ölümünə nədən olan bir hadisə ilə Tahirova dəstək olan Nəsirov bunun qarşılığında “Biləcəri Təmir-Quraşdırma” QTSC-dən 2 milyon manatlıq boru götürür. Amma sonradan… Dediyimiz bəlalı hadisə isə bu olur. Tahirova arxa durmaq üçün Nəsirov ona Rusiyadakı müəssisələri aldatmasına şərait yaradır. Razılaşır ki, məhkəmə yolu ilə guya Nəsirovun Tahirova 6 milyon manatdan artıq borclu olmasını sübutlayan qərar çıxarılsın. Həmin saxta məhkəmə qəarı isə Rusiyada Tahirovdan satdıqları boruların pulunu gözləyən müəssisələrə göndərilir. Nəticədə, Tahirov xeyli dərəcədə vəziyyətdən çıxmağa müvəffəq olur. Amma üstündən müəyyən müddət keçəndən sonra Tahirov Nəsirova etdiyi yaxşılığın qarşılığını YAMANLIQLA çıxmaq qərarını verir. Axı necə də olmalı idi ki? Ələ gözəl fürsət düşmüşdü. Əlində bir məhkəmə qərarı var idi ki, kiminsə ona 6 milyon manatdan artıq borcu var…
Beləcə Tahirov günlərin birində Nəsirovdan olmayan borcu – Rusiyadakı müəssisələri aldatmaq üçün uydurulmuş borcu tələb edir… Nəticəsi isə atıq məlumdur. Düşdüyü durumdan həm şoka düşən və həm də çıxış yolu tapa bilməyən Nəsirov sonda intihar etməli olur… Canına qıyır…
Acınacaqlısı isə odur ki, Nazim Tahirov bütün bu əməlləri zamanında ört-basdır edə bilib. Elə buna görədir ki, yenə də İŞ BAŞINDADIR… yenə də növbəti qurbanlarını bir-bir məhv etmə yolunu seçib…
Məsələ diqqətimizdədir… Araşdırma davam edir…
DİA.AZ





