Cəmiyyət

“Azza”dan alınan məhsul xarab çıxdı – Video

“Azza” şirniyyat evinin filiallarından birində vaxtı keçməmiş, lakin xarab olduğu iddia edilən məhsulun satıldığı bildirilir.

Bu barədə Feysbukdakı şikayət səhifələrinin birində paylaşım edən xanım istehlakçı “Azza”nın Azadlıq prospektində yerləşən filialından aldıqları yoqurtun qıcqırmış vəziyyətdə olduğunu iddia edib.

Onun sözlərinə görə, məhsulun üzərində son istifadə tarixinin 22 iyul göstərilib:

“Biz yoqurtu 19 iyul tarixində almışıq. Yoqurtu açandan sonra kəskin qoxu gəldi və başa düşdük ki, qıcqırıb. Məhsulu mağazaya geri qaytardım. Üzr istəmək əvəzinə dedilər ki, araşdırmadan sonra məlumat veriləcək. Nəyi araşdırırsınız? Satdığınız məhsul xarabdır. Bunu mənim uşağım bilmədən içsəydi, məsuliyyəti kim daşıyacaqdı?”.

Məsələ ilə bağlı “Azza” şirniyyat evinə sorğu ünvanlamışıq. Qarşı tərəfin mövqeyi daxil olduqdan sonra materiala əlavə ediləcək.(Tribuna.az )

VİDEO LİNDƏ: https://tribuna.az/azza-dan-alinan-mehsul-xarab-cixdi-video/

Paylaş: