Bakıda poliklinikalara kütləvi axına səbəb olan xəstəlik: “Koronavirusun əlamətləri…” – NƏ ETMƏLİ?
Rotavirus son aylarda yenidən aktivləşib.
Belə ki, qızdırma, halsızlıq və qusma kimi simptomlarla müşahidə edilən xəstəlik daha çox uşaqlar arasında yayılıb. Virus adətən 1 ay müddətinə qədər davam edir və keçici hesab olunur.
Poliklonkalara bununla bağlı şikayətlərin sayında artım müşahidə edilir. Xüsusilə 5 yaşına qədər uşaqlarda müşahidə edilən xəstəlik artıq böyüklər arasında da geniş vüsət alıb.
Cebhe.info-ya açıqlamasında tibb sahəsi üzrə ekspert Rasif Bağırov bildirib ki, xəstəlik əslində koronavirusun əlamətlərini daşıyır:
“Rotavirus həm uşaqlar, həm böyüklər arasında çox yayılıb. Koronavirus qədər ağır getməsə də, onun bəzi əlamətlərini özündə daşıyır. Dadbilmə və qoxubilmənin getməsi də bura daxildir. Eyni zamanda, koronavirus kimi uzun müddət gedən xəstəlikdir.
Ölüm halları müşahidə olunmur, amma normal müalicə etmədikdə xəstələri aldada bilir. Bir neçə günə ağrılar azalır, xəstə elə bilir ki, sağalır, sonra yenidən xəstəlik eyni əlamətlərlə geri qayıdır. Elə xəstəyə rast gəlirik ki, 2-3 ay müddətində bu proses onda davam edir. Nəhayətində orqanların hansısa birini ciddi şəkildə zədələyir”.
Onun sözlərinə görə bu xəstəlik yalnız xüsusi mikroskop altında müəyyən edilir:
“Bizim laboratoriyalar onu müəyyən edə bilmir. Onu yalnız dövlətin müəyyən etdiyi xüsusi laboratoriyalarda elektoron mikroskop altında müəyyənləşdirirlər”.
Cebhe.info